Məzmuna keç

Bakıda avtomobil qadını vuraraq öldürdü

Paytaxtda Dövlət Bayrağı Meydanı yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, 2002-ci təvəllüdlü Mehdizadə Seyfulla Yusif oğlu idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə piyada – 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub.

Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.