Məzmuna keç

Sumqayıtda toyda ölüm hadisəsi baş verdi

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından birində faciəvi hadisə baş verib.

E-huquq.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Yarəliyev Əliflan Nəzər oğlu toy mərasimi zamanı oynayarkən qəfildən halı pisləşib.

Yaxınları ona kömək göstərməyə çalışsalar da, Ə.Yarəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.