Məzmuna keç

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

E-huquq.az xəbər verir ki, avtomobil yolu keçən piyada, 1981-ci il təvəllüdlü Elvin Balayar oğlu Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.