Məzmuna keç

Bakıda karantini pozan kafe aşkarlandı, 6 nəfər cərimələndi

Bakıda karantini pozan kafe aşkarlandı, 6 nəfər cərimələndi

Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib, obyektdə olan 6 nəfər inzibati qaydada cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılıb.

Onlar 5-ci polis bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.