Məzmuna keç

İnnovasiya və Təchizat Mərkəzi 822 min manatlıq sifariş verdi

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsinin tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik sərfiyyat mallarının (LOT 4) satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Azərimed" QSC olub.

Məlumata görə, qalib şirkətə 822.958,55 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə