Məzmuna keç

Gənclər Fondu tenderinin qalibini açıqladı

"Azərbaycan Gənclər Fondu" Publik Hüquqi Şəxsinin Fondun texniki sisteminin və proqram təminatının Dövlət Bulud İnfrastrukturuna köçürülməsi, optimallaşdırılması, və təhlükəsizliyinin təmin olunması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Onneks" MMC olub.

Qalib şirkətə 25.000 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə