22.10.2026
Gəncədə minik maşını avtobusa çırpıldı, xəsarət alan var
Hadisə

Gəncədə minik maşını avtobusa çırpıldı, xəsarət alan var

Yan 15, 2026

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, şəhər ərazisində "Chevrolet" markalı minik maşını sərnişin avtobusuna çırpılıb.

Nəticədə minik maşınının sürücüsü 2006-cı il təvəllüdlü R.Süleymanov xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.