Türkiyədə bələdiyyə sədri saxlanıldı


  • 13:14

Türkiyənin Adana şəhərində Çukurova Bələdiyyəsində tender və satınalmalarda qanunsuzluq, eləcə də rüşvət iddiaları ilə bağlı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı hazırkı bələdiyyə sədri Emrah Kozay və keçmiş sədr Soner Çetin də daxil olmaqla 44 nəfər saxlanılıb.

Adana Prokurorluğunun məlumatına görə, 2024-2026-cı illərə aid tender və satınalma sənədləri ekspertlər tərəfindən araşdırılıb.

İstintaq çərçivəsində tenderlərə müdaxilə, rüşvət, dələduzluq və cinayətkar təşkilat yaratmaqda şübhəli bilinən ümumilikdə 51 nəfər barəsində saxlanılma qərarı verilib.

Saxlanılanlar arasında 4 bələdiyyə sədrinin müavini, podratçı şirkətlərin nümayəndələri və işə getmədən əməkhaqqı almaqda şübhəli bilinən bələdiyyə əməkdaşları da var.

Digər 7 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər