Məzmuna keç

Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul etdi –

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı dinlənilib.

E-huquq.az-ın xəbərinə görə, hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edib.

Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

***

11:57

Milli Məclisin plenar iclası davam edir.

E-huquq.az xəbər verir ki, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi dinlənilir.

Sənədi Ombudsman Səbinə Əliyeva təqdim edir.