Məzmuna keç

Azərbaycan və İndoneziya arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə edildi

Azərbaycan Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean Departamentinin direktoru Cəlal Mirzəyev İndoneziya səfiri Berlian Helmi ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin "X" hesabında bildirilib.

Görüş Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub. "Tərəflər ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və inkişafı barədə fikir mübadiləsi aparıblar", – səfirlik qeyd edib.