Məzmuna keç

Türkiyəli müğənni Edis saxlanıldı –

Türkiyədə narkotiklə bağlı istintaq çərçivəsində müğənni Edis Görgülü saxlanılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi ifadə vermək üçün İstanbul Şəhər Prokurorluğuna çağırılıb.

Müğənni barəsində daha sonra saxlanılma qərarı çıxarılıb.

***

Türkiyədə narkotiklə bağlı istintaq çərçivəsində daha bir qrup məşhur şəxs saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə müğənnilər Murat Dalkılıç və Kaan Tangözlə aktyor İsmail Hacıoğlu da daxil olmaqla ümumilikdə 17 şübhəli saxlanılıb.