Məzmuna keç

Quş qripi 40-dan çox quş növünün məhv olmasına səbəb ola bilər

Alimlər H5N1 quş qripi virusunun yayılması nəticəsində azı 40 quş növünün təhlükə altında olduğunu bildiriblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bəzi növlərin nəsli kəsilmək həddinə çata biləcəyi barədə xəbərdarlıq edirlər. Virusun ağır təsirləri Cənubi Corciya adasında da müşahidə olunub. 2025-ci ilə qədər burada 53 mindən çox dişi cənub fil suitisi tələf olub. Bəzi koloniyalarda yeni doğulmuş balaların 90 faizindən çoxu ölüb.

Kütləvi tələfatdan sonra Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) cənub fil suitisinin statusunu “ən az narahatlıq doğuran” kateqoriyasından “həssas” kateqoriyasına dəyişib.

“BirdLife International” təşkilatı quş qripinin böyük skua, şimal sülisi, Peru pelikanı və Humboldt pinqvininə təsirini araşdırır. Məlumata görə, Şotlandiyada böyük skuaların sayı 2021-2023-cü illərdə 76 faiz azalıb. Şimal sülislərinin bəzi koloniyalarında da ciddi itkilər qeydə alınıb.

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi, balıqçılıq və yaşayış yerlərinin itirilməsi də növlərin azalmasını sürətləndirir. Xüsusilə sayı az olan və kiçik adalarda yaşayan növlər daha böyük təhlükə altındadır.

Şəbnəm Mehdizadə