Məzmuna keç

İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşdü –

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası çərçivəsində tədbirə qatılan bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə ayaqüstü görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, FIFA prezidenti Canni İnfantino və digər rəsmi şəxslər yer alıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.