Məzmuna keç

Rusiya ötən il 238 milyon ton neft ixrac edib

2025-ci ilin sonuna qədər Rusiya 238 milyon ton neft və 114 milyon ton neft məhsulları ixrac edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak tələbələrlə açıq görüşdə bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya bütün neft ixracının təxminən 80%-ni Çin və Hindistan kimi dost ölkələrə tədarük edir.

Ötən ilin yekunlarına görə Avropaya təxminən 25 milyon ton neft çatdırılıb, halbuki əvvəllər bu göstərici 175 milyon ton idi.

Humay Eminqızı