Məzmuna keç

Nyu-Yorkda qismən çökdü: Ölən və yaralananlar var

ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda binanın qismən çökməsi nəticəsində azı bir nəfər həyatını itirib, bir neçə sakin isə xəsarət alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York Yanğınsöndürmə İdarəsinin (FDNY) məlumatına görə, binanın qismən çökməsi ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Ərazidə dağıntılar altında insanların qaldığı bildirilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 1 nəfər ölüb, yaralanan bəzi şəxslərin isə dağıntılar altından çıxarılması istiqamətində işlər davam etdirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın bir hissəsinin uçduğu və ərazidə böyük dağıntının yarandığı əks olunub.

Şəbnəm Mehdizadə