Ölkənin cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.
E-huquq.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bildirib.
"İsrailin Minab şəhərindəki məktəbə hücumu zamanı 150-160 qızımız həlak olub və bu, böyük cinayətdir", – deyə o bildirib.
***
20:07
İranın cənubundakı Minab şəhərindəki ibtidai məktəbə ABŞ və İsrailin hücumu nəticəsində ölənlərin sayı 85-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə şəhər prokuroru məlumat verib.
***
18:43
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artır.
E-huquq.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 70-ə çatıb, 90 yaralı var.
***
17:26
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
E-huquq.az xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 57 nəfərə çatıb.
***
16:17
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
E-huquq.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.
***
15:55
İranda Miyanab bölgəsində qızlar məktəbində ölən şagirdlərin sayı 40-a çatıb.
E-huquq.az xəbər verir ki, hadisə nəticəsində 48 nəfər xəsarət alıb.

***
15:48
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəisi Məhəmməd Pakpurun öldürüldüyü güman edilir.
E-huquq.az xəbər verir ki, İsrail Pakpurun öldürüldüyü qənaətindədir.
Qeyd edək ki, Pakpurun sələfi Hüseyn Salami ötən ilin iyununda 12 günlük müharibədə öldürülüb.

***
15:20
İranda qızlar məktəbinə hücumda 24 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, İsrail Miyanabda qızlar məktəbinə hücum edib və şagirdlər həlak olub.
Yaralıların sayı barədə məlumat verilməyib.
***
14:58
İran ABŞ və İsrail məğlub olana qədər hücumları davam etdirəcək.
E-huquq.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi deyib.
“Cavablarımız ABŞ və İsrail məğlub olana qədər davam edəcək. Əvvəlcədən xəbərdarlıq etmişdik ki, yanlış hesablamalar aparmasınlar. Onlara verəcəyimiz dərs 12 günlük müharibədən də böyük olacaq”, -Şekarçi vurğulayıb.
***
14:13
ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə yüksək rütbəli komandiri və siyasi rəsmisi həlak olub.
E-huquq.az xəbər verir ki, hücumlar zamanı hədəf alınan şəxslər arasında SEPAH rəhbərliyində təmsil olunan fiqurlar da var.
***
13:53
ABŞ və İsrailə yardım edən istənilən hərbi baza hücuma məruz qalacaq.
E-huquq.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, “İsrail və Amerikaya tarixlərində görmədikləri bir cavab veriləcək”.
İran ordusunun Baş Qərargahı xalqı sakitliyə çağırıb.
“ABŞ və İsrailə kömək edən istənilən hərbi baza İran Silahlı Qüvvələrinin hücumuna məruz qalacaq”, – bəyanatda qeyd olunub.
***
13:13
İsrail Müdafiə Qüvvələri (İDF) hazırda İrana məxsus bir sıra hərbi hədəflərə qarşı genişmiqyaslı zərbələr həyata keçirdiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, əməliyyat İranın qərb bölgəsində yerləşən hərbi obyektləri əhatə edir.
***
12:48
Tehranda daha iki partlayış səsi eşidilib.
E-huquq.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat verib.
İran paytaxtında hazırda hava hücumundan müdafiə sistemləri işə salınıb.
Digər təfərrüatlar hələlik açıqlanmayıb.
***
12:13
İrana hücumlarda hədəfə alınan obyektlərə Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, İran Nüvə Enerjisi Agentliyi və Parçin bölgəsindəki təsisatlar daxildir.
E-huquq.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Reuters“in məlumatına görə, İran “təcavüzə dağıdıcı zərbələrlə cavab verəcəklərini” bəyan edib.
Anonim İran rəsmisi bildirib ki, İran cavab zərbələri hazırlayır və bu zərbələr dağıdıcı olacaq.
***
11:22
Müharibənin sonu İsrailin əlində deyil.
E-huquq.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi “X” hesabında yazıb.
“Xəbərdarlıq etmişdik. Elə bir yola girmisiniz ki, sonu sizin əlinizdə deyil”, – Əzizi qeyd edib.
***
11:14
İsrailin İrana hücumu zamanı Tehranla yanaşı başqa şəhərlər də hədəfə alınıb.
E-huquq.az bu barədə “Təsnim” xəbər verib.
Qeyd olunub ki, İsfahan, Qum, Lorestan, Kirmanşah, Təbriz, Kərəcdə də partlayış səsləri eşidilib.
***
10:59
İrana qarşı hücum ABŞ və İsrailin müştərək hücumudur.
E-huquq.az xəbər verir ki, bunu İsrail rəsmisi “Channel 12”-ə danışarkən deyib.
İsrail İranda təxminən 30 hədəfə zərbələr endirib.
***
10:33
İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbə edib.
E-huquq.az İsrail mətbuatına istinadən xəbər verir ki, bunu müdafiə naziri İsrael Katz deyib.
O bildirib ki, yaxın gələcəkdə İsrail Dövlətinə və onun mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumu gözlənilir.
Buna görə də, müdafiə naziri İsrael Katz İsrail Dövlətinin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət tətbiq ediləcək xüsusi bir əmr imzalayıb.
"Cəbhə Komandanlığının və hakimiyyət orqanlarının təlimatlarına əməl edilməli və qorunan ərazilər qorunmalıdır", – nazir qeyd edib.
***
10:29
Tehranda partlayış səsləri eşidilib.
E-huquq.az “Təsnim”ə istinadən xəbər verir ki, şəhərdən səmaya qalxan tüstü müşahidə olunur.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
