Məzmuna keç

Ali Məhkəmə qardaşını qətlə yetirən şəxsin kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə qardaşını qətlə yetirən şəxsin kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmədə qətl törətməkdə ittiham edilən Əli Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirirlən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Əliyevin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 85 ünvanında yerləşən binada baş verib. Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb. Qardaşlar arasında mübahisəyə səbəb televizora baxmaq olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Ə.Əliyevin apellyasiya şikayətini qismən təmin edib. Belə ki, onun cəzası 15 ilə endirilib.

Xatırladaq ki, M.Əliyev kunq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.