Məzmuna keç

Milli Məclisin İntizam komissiyasının ilk iclası keçiriləcək

Bu gün Milli Məclisin İntizam komissiyasının ilk iclası keçiriləcək.

E-huquq.az-ın xəbərinə görə, iclas saat 12:00-da başlayacaq.

İclasın keçirilməsində əsas məqsəd komissiya üzvləri ilə tanışlıq xarakteri daşıyır.

Qeyd edək ki, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovdur. Komissyanın tərkibinə isə deputatlar – Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov daxildir.