Məzmuna keç

Milli Məclisdə Şuşanın işğalının 28-ci ildönümü yad edildi –

Mayın 8-i qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən tərəfindən işğal edilməsinin 28-ci ildönümüdür.

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

O bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalini dədə-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün bir mərhləsini təşkil edib:

“Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 min nəfəri Şuşa sakinidir.

Biz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, işğal edilmiş torpaqlarımızın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bir bayram kimi daxil olacaq".

***

11:08

“Bugünkü iclas həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir”.

E-huquq.az-ın xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O xatırladıb ki, bu gün Şuşa şəhərinin işğal günüdür.

Daha sonra əslən Şuşadan olan Əsra Məmmədli çıxış edib.

***

11:02

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

E-huquq.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” və s qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.