Məzmuna keç

Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə e-huquq.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.