Məzmuna keç

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.

E-huquq.az xəbər verir ki, xüsusi sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilməsi nəzərdə tutulub.

Komitə iclasında "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və "2019-cu il dövlət büdcəsinin icrası barədə" hesabat müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək. İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.

Mənbə: Report