Məzmuna keç

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı

İyulun 29-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.