Məzmuna keç

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir

Naxçıvan, azad olunmuş ərazilər – Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir.

E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planlarının təsdiqləndiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, – bu gün mənə təqdim edilmişdir, – şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün”.