Məzmuna keç

Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistanı Milli Günü münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.

"Özbəkistanın Milli Günü münasibətilə qardaş Özbəkistanı və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan Özbəkistanla strateji müttəfiqlər kimi tərəfdaşlığa böyük dəyər verir və dostluq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyinə inanır.

Milli Günün mübarək, Özbəkistan!"