Məzmuna keç

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik etdi

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib.

“Azərbaycan Respublikasının Hökumətinə və xalqına Dövlət Suverenliyi Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq!”, – deyə paylaşımda qeyd edilib.