Məzmuna keç

Fizika İnstitutu 33 min manatlıq sifariş verdi

Fizika İnstitutu Publik Hüquqi Şəxsinin təlim və sertifikatlaşdırma xidmətlərinin satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "International MICE Company" MMC olub.

Məlumata görə, qalib şirkətə 33.443,56 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə