Məzmuna keç

Qazaxda 63 yaşlı kişi Kür çayında batdı

Qazax sakini Kür çayında batıb.

E-huquq.az xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Birinci Şıxlı kənd sakini 1963-cü il təvəllüdlü Y. Məmmədov kür çayında batıb.

Dərhal hadisə yerinə FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axarış qrupunun xilasediciləri cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir və əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.