Sabunçu rayonu, Pirşağı qəsəbəsində “Chevrolet Cruze” markalı avtomobil ilə törədilən qəza zamanı əhali abonentlərini təbii qazla təmin edən diametri 108 mm olan aşağı təzyiqli qaz kəməri zədələnib.
Bu barədə e-huquq.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, qaz sızmasının qarşısının alınması və qəzanın fəsadlarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
