Yaponiyanın Küsü adasının cənub-şərq sahillərində 5,3 maqnitudada zəlzələ baş verib. Sunami təhlükəsi yoxdur.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin seysmik xidməti funksiyasını yerinə yetirən Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin episentri okeanın dibində, dayaz yerdə olub.
Yeraltı təkanlar Kaqosima və Miyazaki prefekturalarında binaların silkələnməsinə səbəb olub, lakin tələfat və ya dağıntı barədə məlumat yoxdur.
İctimai nəqliyyat normal işləyir.
