Məzmuna keç

Məleykə Abbaszadə: “Rezidentura imtahanları avqustda olacaq”

Rezidenturaya ərizə verənlərin sayı 1 000 nəfərdən yuxarıdır.

E-huquq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, onlar hamısı Bakıda imtahan verməlidir:

“Bakıda olan imtahanları avqust ayına daxil edəcəyik. Amma avqusta qədər çox vaxt var. Real vəziyyəti dəyərləndirib dəqiq vaxt deyiləcək. Avqustda rezidentura imtahanları olacaq. Heç bir problem olmayacaq”.