"2018-ci ildə qanunsuz miqrantların Azərbaycana gətirilməsi kanalları aşkar edilib".
E-huquq.az-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsinin bağlanış mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib və cinayət işi başlanıb.
