“Bir çox vətəndaşlarımızda COVI-19 əlamətləri olsa da, onu bildirməkdən çəkinirlər. Buna görə də gizlədirlər və özbaşına müalicə olunurlar”.
E-huquq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Nəzərə almaq lazımdır ki, COVID-19 elə bir xəstəlikdir ki, xəstənin vəziyyəti hər an dəyişə və ağırlaşa bilər. Ona görə də bu xəstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər”, – o bildirib.
