Məzmuna keç

Kamran Əliyevdən yeni TƏYİNATLAR

Prokurorluq orqanlarında yeni təyinat olub.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Əliyev Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Natiq Eyvazov – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi təyin edilib.