Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev 2 İyul – Azərbaycan Polisi Günü ilə bağlı təltif edilib.
E-huquq.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə E.Hacıyev "Daxili İşlər Nazirliyində əla xidmətə görə" döş nişanı ilə təltif olunub.
