“Xəstəliyin yoluxma sayının dəyişməsinin tendensiyası vacib amildir. Mənfi dinamikanın düzəlməsinə ehtiyac var”.
E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O qeyd edib ki, karantinin ilk həftəsindən etibarən sağalananların sayının artmasında müsbət dinamika müşahidə olunub: “Sağalanların sayı yeni yoluxanların sayından artıq olmalıdır ki, xəstəxanaların yükü də azala bilsin”.
O qeyd edib ki, yoluxma hallarının 51, 3 faizi Bakının payına düşür: “Binəqədi 12.8%-lə ilk yerdədir. Son günlər Nəsimi rayonunda da yoluxma sayında artım müşahidə edilir”.
