Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 14-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Şirvanda, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Saatlıda, Cinayət kollegiyasının sədri Şahin Yusifov Sabirabadda vətəndaşları qəbul edəcəklər.
Ali Məhkəmənin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulu Şirvan Apellyasiya Məhkəməsində (ünvan: Şirvan şəhəri, Naxçıvan küç., 3), Saatlı Rayon Məhkəməsində (ünvan: Saatlı şəhəri, H.Aslanov küç., 1), Sabirabad Rayon Məhkəməsində (ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti, 69) saat 10:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şirvan Apellyasiya Məhkəməsində, Saatlı Rayon Məhkəməsində, Sabirabad Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
