Məzmuna keç

“Azəriqaz” rəsmiləri “Caspian European Club”un onlayn tədbirində iştirak ediblər

Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun da iştirakı ilə "Caspian European Club" tərəfindən onlayn formatda daha bir tədbir keçirilib.

Bu barədə e-huquq.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə pandemiya dövründə vəkillərin fəaliyyəti, məhkəmə sistemindəki islahatlar, şirkətlərin hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və sahibkarlara hüquqi xidmətlərin göstərilməsinin yeni üsulları müzakirə olunub.

Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov və Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov iştirak ediblər.

Görüntünün olası içeriği: 1 kişi

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, şunu diyen bir yazı 'azariqaz "Caspian European Club' 'un növbati onlayn konfransı Mahkama sistemindaki islahatlar müzakira olundu'