Prokurorluq orqanlarında yeni kadr dəyişikliyi olub.
E-huquq.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Hüseynov Bakı şəhəri Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.
Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.
