Məzmuna keç

Azərbaycanda daha 526 nəfər koronavurisa yoluxdu, 8 nəfər vəfat etdi

Azərbaycanda 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.