Məzmuna keç

Ermənistanın artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi – RƏSMİ

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur.