Məzmuna keç

Şaiq Mirzəyev: “Hər birimiz dövlətimizə və xalqımıza xidmət etməyə hazırıq”

"Bəlkə də yüz minlərlə, milyonlarla insanın ürəyindən keçənləri mən də yazıram. Öncə verdiyimiz hər bir şəhidə görə, "başın sağ olsun, Azərbaycan" deyirəm. Allah rəhmət eləsin! Biz xalq və millət olaraq düşmənin layiqli cavabını verdik və hər zaman verəcəyik".

E-huquq.az-ın məlumatına görə, bunu hüquq elmləri üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü, vəkil, "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin yanındadır və onun əmrini gözləyir: "İndi hamının ürəyi vuruşan əsgər və zabitlərlə bərabər döyünür. Hörmətli cənab Prezident və Ali Baş Komandan! Azərbaycan xalqı Sizi dəstəkləyir və Sizin yanınızdadır! Biz sizinləyik! Sizin əmrinizlə vətən uğrunda canımızdan keçməyə, dövlətimizə və xalqımıza xidmət etməyə hazırıq!".