İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb.
E-huquq.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
Onun sözlərinə görə, pandemiya şəraitində imtahanların keçirilməsi ilə təlimatlar hazırlanıb: “İndiyədək keçirilən imtahanlıar da həmin təlimatlara uyğun keçirilib. Bu imtahanlarda 143 minə yaxın şəxs iştirak edib”.
X.Xanlarzadə qeyd edib ki bu il imtahanlar lokallaşdırılmış qaydada keçirilib: “Əvvəl imtahanlar daha çox şəhər mərkəzlərində keçirilirdi. Indi isə imtahanlarda kütləviliyin azaldılması üçün bütün rayon və şəhərlərdə keçirilib. Bu 220-250 nəfər imtahanın iştirak etməsinə imkan verib”.
