Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
E-huquq.az-ın məlumatına görə, bu barədə V.Putinin sözçüsü Dmitri Peskov bildirib.
“Görüş çərçivəsində həmçinin bu respublikaların sərhədində davam edən gərginlik fonunda Rusiyanın MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistanla münasibətləri müzakirə edilib”, – D.Peskov söyləyib.
