İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə jurnalistin həmkarları sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, virus səbəbi ilə son günlər vəziyyəti ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Ə.Fəqanoğlu "Yeni Klinika"nın Reanimasiya şöbəsində müalicə olunurdu.
