Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, clasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş G.Əhmədovanın məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun iyul ayının 12-nə təyin edilmiş iclasında baxılacaq.
