Məzmuna keç

Hacıqabulda partlayış baş verdi

Hacıqabul rayonunda partlayış olub.

E-huquq.az-ın məlumatına görə, partlayış SOCAR-a məxsus kəmərdə baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.