Məzmuna keç

Məhkəmə-Hüquq Şurası 18 hakimin səlahiyyət müddəti ilə bağlı qərar verib

"Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi dövrdən hakimlərin intizam icraatına xüsusi diqqət yetirir".

E-huquq.az-ın məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun müdiri vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib.

Onun sözlərinə görə, bu proses demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun qurulub: "Belə ki, bu prosesi yalnız hakim üzvləri aparır. Dövlət başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından ötən müddət ərzində 44 hakim intizam məsuliyyətinə cəlb edilib və 2 hakimin səlahiyyətinə xitam verilib. 18 hakimin 65 yaşına çatması ilə əlaqədar səlahiyyət müddətinin uzadılıb-uzadılmaması ilə bağlı məsələyə baxılıb və həmin şəxslərin səlahiyyət müddətinin uzadılmaması qərara alınıb".