Məzmuna keç

Vergi Xidməti: “Əmək bazarında kifayət qədər şəffaflaşma var”

“Bütün dünyada təkcə koronavirusla bağlı deyil, neft-qaz istehsalçısı olan ölkələrin gəlirlərinə təsirlər müəyyən qədər var. Azərbaycanda da ÜDM -də azalmalar, geriləmələr hər iki amil nəzərə alınmaqla rəqəmlər şəklində ifadə olunub”.

E-huquq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

O qeyd edib ki, qeyri-neft qaz sektoru üzrə ÜDM-də 1,6% azalma qeyd olunub. “Vergi daxilolmaları bir amildən, yaxud bir neçə amildən asılı deyil, müəyyən iqtisadi fəallığa təsir edən hallar var.2020-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları 103,5%, yəni artıqlaması ilə icra olunub. Sosial-sığorta ödəmələri üzrə müəyyən olunan proqnoz-tapşırıq 113,2% icra olunub. Sual yarana bilər ki, müəyyən fəaliyyət sahələri bağlandığı halda, büdcə proqnozlarının artıqlaması ilə icra olunması nə ilə bağlıdır? Burada biz xüsusilə də qeyd etmək istərdik ki, bu, son bir neçə ildə həyata keçirilən ardıcıl və sistemli şəffaflaşdırma tədbirləri və sahibkarların dövlətin çağırışlarına cavab olaraq iş yerlərini, işçi saylarını dəqiq göstərməsi ilə əlaqədardır”.