Məzmuna keç

Fövqəladə hallarda hava limanlarında stasionar idarəetmə məntəqələri yaradılacaq

Fövqəladə hallarda mülki aviasiya hava limanlarında stasionar və səyyar idarəetmə məntəqələri yaradılacaq və müvafiq texniki vasitələrlə təchiz ediləcək.

E-huquq.az xəbər verir ki, bu, Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında əksini tapıb.

Tədbirlər planına əsasən, 2020-2021-ci illər ərzində Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC-yə bununla bağlı tapşırıq verilib.