Məzmuna keç

Kamran Əliyevdən yeni təyinatlar

Bakı şəhərinə yeni hərbi prokuror təyin edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Qaradağ rayon hərbi prokuroru Şükürov Fərid Əli oğlu tutduğu vəzifədən azad edilərək Bakı şəhər hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin imzaladığı digər əmrlə Surxay Hüseynov Qarabağ hərbi prokuroru vəzifəsinə təyin olunub.